Finlandiya Ottava konvensiyasından çıxmaq niyyətindədirbackend

Finlandiya Ottava konvensiyasından çıxmaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya Prezidenti Aleksandr Stubb cümə günü, 4 iyul tarixində, ölkəsinin piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxması ilə bağlı qərarı təsdiqləməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Finlandiya hökumətinin iyulun 4-nə olan gündəliyinə piyada əleyhinə minaların istifadəsinin, ehtiyatının yığılmasının, istehsalının və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiyanın denonsasiyası, eləcə də müvafiq qanunların müzakirəsi daxildir.

Finlandiya parlamenti iyunun 19-da ölkənin konvensiyadan çıxmasını təsdiqləyib.

Qeyd olunur ki, Finlandiyanın Konvensiyadan çıxışı dərhal baş verməyəcək. Prezident Stubb qərarı təsdiqlədikdən sonra müvafiq sənəd Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndəriləcək. Finlandiyanın Konvensiyadan rəsmi çıxışı həmin sənədin təqdim olunmasından altı ay sonra qüvvəyə minəcək.