Finlandiya Prezidenti: ABŞ-ın NATO-dan çıxması ilə bağlı ciddi danışıqlar eşitməmişəmbackend

Finlandiya Prezidenti: ABŞ-ın NATO-dan çıxması ilə bağlı ciddi danışıqlar eşitməmişəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın NATO-dan çıxması ilə bağlı ciddi danışıqlar eşitməmişəm.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb London İqtisadiyyat Məktəbində keçirilən tədbirdə deyib.

“ABŞ administrasiyasının heç bir ciddi nümayəndəsindən NATO-dan çıxmaq barədə heç bir şey eşitməmişəm”, – Stubb qeyd edib.

Finlandiya Prezidenti ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinə təzyiq göstərərək müdafiə xərclərini artırmalarını və təhlükəsizliklərinə dair daha çox məsuliyyət daşımalarını istəməsinin doğru olduğunu bildirib.