Finlandiya prezidenti Tramp və Zelenskiyə danışıqlardan əvvəl saunaya getməyi tövsiyə edibbackend

Finlandiya prezidenti Tramp və Zelenskiyə danışıqlardan əvvəl saunaya getməyi tövsiyə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski Ağ Evdəki mübahisədən sonra finlər kimi davranmalıdırlar: sakitləşin, saunaya gedin və sonra yenidən danışıqlar aparın.

NOCOMMENT.az xəbər verir ki, bu məsləhəti siyasətçilərə Finlandiya prezidenti Aleksander Stubb Bloomberg TV-yə müsahibəsində verib.

Finlandiya liderinin sözlərinə görə, bəzi situasiyalarda xalq diplomatiyası işləmir və belə vəziyyətdə fin kimi davranmaq lazımdır.

“Dərindən nəfəs alın, soyuq vanna qəbul edin, saunaya gedin, nəfəs alın və danışıqlar masasına qayıdın”, – deyə Stubb məsləhət görüb.

O, Tramp və Zelenskinin Ukrayna nizamlanması üzrə danışıqların yeni raundunu keçirməli və nadir torpaq metalları üzrə saziş imzalamalı olduğu fikrini bildirib. Finlandiya prezidenti hesab edir ki, belə bir razılaşma sülh danışıqlarına və atəşkəsə doğru bir addım ola bilər.