Finlandiya prezidenti Türkiyəyə gedirbackend

Finlandiya prezidenti Türkiyəyə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya Prezidenti Sauli Niinistö-nün prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə martın 16-17-də Türkiyəyə səfər edəcəyi açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, İstanbulda keçiriləcək görüşlərdə Türkiyə-Finlandiya münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

İkitərəfli əlaqələrlə yanaşı, NATO-nun Madrid Zirvə toplantısı çərçivəsində imzalanmış Üçtərəfli Memorandum əsasında Finlandiyanın NATO-ya üzvlük müraciəti, Türkiyə-Avropa İttifaqı münasibətləri, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.

NOCOMMENT.AZ