NOCOMMENT.az xəbər verir ki, Finlandiya sərhəd xidmətinin rəhbəri Pasi Kostamovaara bildirib ki, ölkə hakimiyyəti Rusiya ilə bütün sərhədi bağlaya bilər. Bu barədə Finlandiyanın İlta-Sanomat qəzeti məlumat yayıb.
Sərhəd xidməti rəhbərinin sözlərinə görə, zərurət yaranarsa, Finlandiya hökuməti müvafiq qərar qəbul edərsə, Rusiya Federasiyası ilə bütün sərhədi bağlamaq da “mümkündür”.
Noyabrın 20-də Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın Rusiya Federasiyasındakı səfiri Antti Helantereyə Finlandiya hakimiyyətinin sərhəddəki keçid məntəqələrini bağlamaq qərarı ilə bağlı etiraz edib.
Xarici İşlər Nazirliyinin bəyanatına görə, keçid məntəqəsinin bağlanması qərarı on minlərlə Rusiya vətəndaşının hüquqlarını pozub.