Finlandiya 2023-cü il dekabrın 14-dən Rusiya ilə sərhəddə keçid məntəqələrinin işini bərpa etmək istəyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Yle” agentliyi məlumat yayıb .
Xatırladaq ki, noyabrın 22-də Finlandiya Rusiya ilə sərhəddə demək olar ki, bütün məntəqələri bağlayıb. Finlandiya Sərhəd Mühafizəsi ölkənin şərq sərhədindən qeyri-qanuni girişin əhəmiyyətli dərəcədə artdığını bildirib.