NOCOMMENT.az xəbər verir ki, Finlandiyanın baş naziri Petteri Orpo mətbuat konfransı zamanı bildirib ki, Helsinki Finlandiya-Rusiya sərhədində əlavə məhdudiyyətlər tətbiq etməyi düşünür. Bu barədə Yle teleradio kanalı məlumat yayıb.
Rəsminin sözlərinə görə, “Vartius” keçid məntəqəsində qeyri-qanuni miqrant axını müşahidə olunur.
“Biz bununla razı deyilik, lazım gələrsə, tədbir görəcəyik”,- Orpo bildirib.
O əlavə edib ki, Finlandiya hökuməti ölkənin cənub-şərq hissəsində tətbiq edilənlərə oxşar tədbirləri nəzərdən keçirə bilər. Bununla belə, o, bütün şərq sərhədinin bağlanıb-bağlanmayacağını açıqlamayıb. Orpo əlavə edib ki, Helsinki Moskva ilə qeyri-qanuni miqrasiya ilə bağlı danışıqlar aparıb, lakin bu danışıqlarda irəliləyiş əldə olunmayıb.