Finlandiya Rusiya ilə sərhədə yaxın ərazilərin boşaldılmasına münasibət bildiribbackend

Finlandiya Rusiya ilə sərhədə yaxın ərazilərin boşaldılmasına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə sərhəddə hasar və ən son texnologiyalardan istifadə insanları əvəz etməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Şərqi Finlandiya Sərhəd Mühafizəsi komandanının müavini Heikki Axtiaynen Yle-yə müsahibəsində bildirib.

Axtiaynen hesab edir ki, sakinlərin sərhədyanı ərazilərdən axını Rusiya ilə sərhəddə ümumi vəziyyətə təsir edə bilər.

Həmçinin, 200 km uzunluğunda olan sərhəd hasarı sərhədi tamamilə bağlamır və qeyri-qanuni mühacirlər üçün tam maneəyə çevrilməyəcək.

Bundan əvvəl Finlandiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər vermişdi ki, Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə sürətləndirilmiş şəkildə hasar çəkməyi planlaşdırır.