Finlandiya: Türkiyə NATO ilə bağlı Finlandiyaya tarix vermədibackend

Finlandiya: Türkiyə NATO ilə bağlı Finlandiyaya tarix vermədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto fevralın sonuna qədər NATO-ya üzvlüklə bağlı Macarıstanın təsdiqini gözlədiklərini bildirib.

NOCOMMENT.az xəbər verir ki, nazir İsveçdəki hadisələrə görə NATO-ya təsdiq üçün Türkiyədən onlara tarix verilmədiyini bildirib.

“Stokholmdakı insidentlə bağlı Türkiyədən heç bir tarix xəbər verilməyib. Stokholmdakı son nümayişlər vəziyyəti yalnız uzadıb və daha da gərginləşdirib” deyə o qeyd edib.

Haavisto Finlandiya və İsveçin artıq NATO-nun hazırkı təşəbbüslərində fəal iştirak etdiyini və hər iki ölkənin NATO ilə birlikdə üzv dövlətlərin təhlükəsizliyini təmin etdiyini vurğulayıb.