Finlandiya Ukraynaya təhvil verilən silahların Rusiya ərazisinə hücumlar üçün istifadəsinə icazə veribbackend

Finlandiya Ukraynaya təhvil verilən silahların Rusiya ərazisinə hücumlar üçün istifadəsinə icazə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Finlandiya tərəfindən ona verilən silahlarla Rusiya Federasiyası ərazisini vurmaq hüququna malikdir.

NOCOMMENT.az xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib.

“Lazım gələrsə, Ukrayna da Rusiya tərəfindəki hərbi obyektləri vurmalıdır. Bu, Ukraynanın apardığı tamamilə qanuni müdafiə döyüşüdür. BMT Nizamnaməsi quru sərhədləri aşaraq hərbi hədəflərə hücumlara icazə verir”, – deyə Hakkanen bildirib.

Bundan əvvəl Finlandiya parlamentinin müdafiə komitəsinin rəhbəri Jukka Kopra da etiraf etmişdi ki, Ukrayna fin silahları ilə Rusiya Federasiyası ərazisinə zərbələr endirə bilər.