Finlandiyanın xarici işlər naziri Elina Valtonen hesab edir ki, Rusiyadan alınan neftin qiymət “tavanı” indiki 60 dollardan 40 dollara endirilməlidir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Finlandiyanın Yle nəşri məlumat yayıb.
“Mən deyərdim ki, hətta 40 dollardan da danışmaq olar. Amma bu halda istənilən endirim faydalı olacaq”, – nazir bildirib.
O əlavə edib ki, yanacağın qiymətlərində mümkün azalma ABŞ-ın mövqeyindən asılıdır.