Finlandiya polisi və sərhədçiləri dekabrın 25-də Baltik dənizində Estoniya ilə Finlandiya arasında Estlink 2 elektrik kabelinin kəsilməsindən sonra Eagle S neft tankerini saxlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ReutersYle məlumat yayıb.
Polisin sözlərinə görə, gəminin Baltik dənizində sualtı kabelləri zədələməklə məşğul olmasından “şübhələnmək üçün əsaslar” var. Qeyd olunur ki, sərhəd mühafizəsi gəmini araşdırma üçün Finlandiya ərazi sularına gətirmək üçün “nəzarəti ələ keçirib”.
Qeyd edək ki, dünən Estoniya ilə Finlandiya arasında olan EstLink 2 sabit cərəyan kabelində qəza baş verib.