Finlandiyadan Türkiyə AÇIQLAMASIbackend

Finlandiyadan Türkiyə AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya prezidenti Sauli Niinistö, prezident Ərdoğanın Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı açıqlamalarından sonra bu gün açıqlama verib. 

NOCOMMENT.az xəbər verir ki, “Helsingin Sanomat” qəzetinə danışan Finlandiya prezidenti Sauli Niinistö Ərdoğanın açıqlamasından sonra “dərhal” onlarla əlaqə saxladıqlarını bildirib.

Ərdoğanın açıqlamasının Finlandiyanın NATO-ya üzvlük siyasətini dəyişmədiyini bildirən Niinistö həm Xarici İşlər Naziri Pekka Haavisto, həm də Rəyasət Heyəti ilə əlaqə saxlandığını bildirib.

Finlandiya prezidenti Niinistö, “Biz bu mövzuda xarici işlər naziri Pekka Haavisto ilə həmfikirik. İlkin məsləhətləşmələr mənim kabinetim, Ərdoğanın müşaviri, Haavisto və Türkiyənin xarici işlər naziri ilə aparılıb”, – deyə o bildirib.

“İndiki mərhələdə deyiləcək heç nə yoxdur. Gələcəkdə bir açıqlama olacaq” deyən Niinistö, Türkiyənin bu prosesdə siyasətinin “dəyişdiyini və inkişaf etdiyini” bildirib.