Firəngiz Rəhimbəyova ABŞ-də dəfn edilibbackend

Firəngiz Rəhimbəyova ABŞ-də dəfn edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 15-də ABŞ-də ürəktutmadan vəfat edən azərbaycanlı estrada müğənnisi Firəngiz Rəhimbəyova dünən 6 sentyabr tarixində dəfn edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Amerikada yaşayan azərbaycanlı jurnalist Səxavət Nur sosial şəbəkədə məlumat paylaşıb.

F.Rəhimbəyova “Valley Oaks Memorial Park” məzarlığında torpağa tapşırılıb.

Qeyd edək ki, müğənni ölümündən bir neçə gün əvvəl 62 yaşını qeyd etmişdi.

Xatırladaq ki, Firəngiz Rəhimbəyova “Bəxt üzüyü” filmində Seda obrazı ilə məşhurlaşmışdı. O, amerikalı ilə ailə həyatı qurmuşdu. Müğənninin qızı da ABŞ-də yaşayır.