Firəngiz Rəhimbəyovanın nəşi Bakıya gətiriləcək? – AÇIQLAMAbackend

Firəngiz Rəhimbəyovanın nəşi Bakıya gətiriləcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tanınmış estrada müğənnisi Firəngiz Rəhimbəyova ötən gün vəfat edib. Firəngiz xanım ABŞ-da 62 yaşında infarktdan dünyasını dəyişib.

NOCOMMENT xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən modern-ə bildirilib ki, müğənninin yaxınlarından kimsə mərhumun Azərbaycanda dəfn olunması ilə bağlı müraciət etməyib.

Qeyd edək ki, Firəngiz Rəhimbəyova ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan müasir estradasının parlaq ifaçılarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən müğənni “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edib. Bir neçə filmdə aktrisa kimi də özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru “Bəxt üzüyü” filmindəki Seda rolu gətirib.

O, 1993-cü ildə Azərbaycandan ABŞ-nin Los Anceles şəhərinə köçüb. Firəngiz Rəhimbəyova 1999-cu ildə orada amerikalı arxitektor Raymond Entoni ilə ailə həyatı qurub. 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək “Bəxt üzüyü-2” filmində yenidən Seda roluna çəkilib.

Müğənninin qızı Raisa da ABŞ-də yaşayır və o da əcnəbi şəxslə ailə həyatı qurub.

Qeyd edək ki, mərhum sənətçi avqustun 7-də 62-ci yaşını qeyd etmişdi.