Fırıldaqçılar “Telegram”da yeni saxtakarlıq sxemindən istifadə etməyə başlayıbbackend

Fırıldaqçılar “Telegram”da yeni saxtakarlıq sxemindən istifadə etməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fırıldaqçılar qiymətli məlumatları oğurlamaq üçün yeni “Telegram Stars” valyutasından aktiv şəkildə istifadə etməyə başlayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinin saytında məlumat verilib.

Nəşr vurğulayır ki, fırıldaqçılar əlverişli şərtlər vəd edərək “App Store” və “Google Play”dən yan keçərək yeni valyutanın satışı ilə bağlı reklam yaymağa başlayıblar. Beləliklə, onlar istifadəçilərin şəxsi məlumatlarını, o cümlədən “Telegram Wallet” kripto pul kisəsinə giriş əldə etmək istəyirlər.

“InfoWatch Group”un aparıcı analitiki Eliks Smirnovun sözlərinə görə, “Telegram” kriptovalyutadan istifadə üçün ən əlçatan variantlardan birinə çevrilib, ona görə də ondan pul qazanmaq istəyənlər var.