Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaqbackend

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycanın avtomobil istehsal həcmi aşağı olsa da, bu sahədə sürətli artım olacağı gözlənilir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu, “Fitch Solutions” (FS) şirkətinin araşdırma qrupunun hesabatında bildirilib.

FS qeyd edib ki, 2023-cü ildə Azərbaycanın ümumi avtomobil istehsalı 5 min ədəddən aşağı olsa da, daha çox istehsal zavodu fəaliyyətə başlayacağı üçün 2024-cü ildən 2028-ci ilə qədər artımın əhəmiyyətli dərəcədə sürətlənəcəyini gözlənilir.

“2024-cü ilin yanvarında İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uzavtosanoat” və “Azərmaş” şirkətləri arasında 2026-cı ilədək Azərbaycanda illik gücü 30 min ədəd olan zavodun yaradılması haqqında saziş imzalanıb. Lada tərəfindən planlaşdırılan investisiyalar və İranın Khodro Şirkəti (IKCO) ilə tərəfdaşlıq çərçivəsində 2024-2033-cü illər ərzində istehsal həcminin 43.4% artacağını, 2033-cü ilə qədər illik istehsal həcminin 100 min ədədə yaxınalaşacağını gözləyirik” – FS-nin şərhində əlavə edilib.