Fitsonun təyyarəsi Brüssel hava limanında zədələndibackend

Fitsonun təyyarəsi Brüssel hava limanında zədələndi  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsi Avropa İttifaqının sammitində iştirak etmək üçün gəldiyi Brussel hava limanında zədələnib.

NOCOMMENT.az -ın xəbərinə görə, bu barədə Slovakiya hökumətinin başçısı öz “Facebook” səhifəsində məlumat verib.

O yazıb ki, Brüsseldə keçirilən mürəkkəb sammit onun üçün yaxşı başlamayıb. Hava limanında pilləkənlə təchiz olunmuş texniki xidmət maşını təyyarəyə toxunaraq onu uçuş üçün yararsız hala salıb. Nəticədə təyyarə Brüsseldə saxlanılıb.

Fitsonun sözlərinə görə, Avropa İttifaqına üzvlük üçün müraciət etmiş Qərbi Balkan ölkələrinin liderləri ilə keçirilən axşam görüşü də eyni dərəcədə skeptik atmosferdə keçib.

Baş nazir əlavə edib ki, Aİ institutlarının Serbiyaya qarşı ədalətsiz münasibətinə etiraz olaraq sammitdə qəsdən iştirak etməyən Serbiya Prezidenti Aleksandr Vuçiçi dəstəkləyir.