Fiziki məhdudiyyətlilərin vaksinasiyası ilə bağlı TƏBİB-dən AÇIQLAMAbackend

Fiziki məhdudiyyətlilərin vaksinasiyası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar üçün həyata keçirilən vaksinasiya prosesi çərçivəsində respublikanın bölgələrində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan xəstəxanaların həkim kollektivi tərəfindən fiziki məhdudiyyətləri olan şəxslərin evlərində peyvənd edilməsi işi həyata keçirilir.

TƏBİB-dən NOCOMMENT-ə verilən məlumata görə, vaksinasiya prosesi Abşeron, Sumqayıt şəhərləri və digər regionlarda həyata keçirilir.