Flora Kərimova: “7 günə 70 il yaşlanan Xocalı qızım!”backend

Flora Kərimova: “7 günə 70 il yaşlanan Xocalı qızım!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Xocalı soyqırımı zamanı 8 gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, Xalq artisti Flora Kərimova sosial şəbəkədə onun ölümündən yazıb.

“Dürdanə xanım, Xocalı balam!

Xocalı faciəsini çiynində daşıyan, yeddi günə yetmiş il yaşlanan qızım. Axıtdığın göz yaşını şəffaf görmürdüm, al qan idi. Görən görürdü. Allah sənə rəhmət eləsin. Övlad nigaranlığı daima ana qəlbinin qübarıdır. Qızın Azərbaycana əmanətin olsun.

Sevindirən odur ki, Xocalının qisasını gözlərinlə gördün, canından artıq olan torpağına qovuşdun, evinə-ocağına qovuşdun. Rahat uyu qızım”, – deyə Xalq artisti qeyd edib.