Flora Kərimovanı təhqir edən jurnalist məhkəməyə məcburi gətiriləcəkbackend

Flora Kərimovanı təhqir edən jurnalist məhkəməyə məcburi gətiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Binəqədi rayon Məhkəməsində xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Alovluya qarşı iddiası üzrə məhkəməsi baş tutub.

NOCOMMENT xəbər verir ki, bu barədə teleqraf-a Flora Kərimova məlumat verib.

O deyib ki, hakim Ülviyyə Alovlunun məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib: “Məhkəmə məcburi gətirilmə qərarı verdi. O, məhkəmə iclaslarında iştirak etmirdi. Növbəti məhkəmə aprelin 20-də baş tutacaq”.

Xalq artistinin vəkili İlkin Ağazadə də məlumatı təsdiq edib: “Ülviyyə Niyaz qızı (Ülviyyə Alovlu) haqqında məcburi məhkəməyə gətirilmə qərarı verildi. Növbəti məhkəmə aprelin 20-ə təyin edildi. Məcburi gətirilmə barədə Yasamal Rayon Polis İdarəsinə də təkrar xatırlatma verildi. İclasda qarşı tərəfdən nə vəkil, nə də Ülviyyə Niyaz qızı özü iştirak edirdi”.

Qeyd edək ki, Flora Kərimovanın Ülviyyə Alovlunu təhqir və böhtana görə məhkəməyə verib.