Flora Kərimovanın vəkili: Yenə məhkəməyə gəlmədibackend

Flora Kərimovanın vəkili: Yenə məhkəməyə gəlmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Binəqədi rayon Məhkəməsində xalq artisti Flora Kərimova ilə jurnalist Ülviyyə Alovlunun növbəti məhkəməsi baş tutub.

NOCOMMENT xəbər verir ki, bu barədə Flora Kərimovanın vəkili İlkin Ağazadə sosial şəbəkələrdə paylaşım edib.

O, qeyd edib ki, Ülviyyə Niyaz qızı (Ülviyyə Alovlu) yenə məhkəməyə gəlməyib: “İş üzrə hazırlıq iclası baş tutdu. İş icraata götürüldü. Məhkəmə baxışı təyin olundu. Ülviyyə Niyaz qızı məhkəməyə gəlmədi. Növbəti məhkəmə iclasının mayın 5-də saat 16:00-da keçirilməsi ilə bağlı qərar verildi”.

Xatırladaq ki, Flora Kərimova Ülviyyə Alovlunu təhqir və böhtana görə məhkəməyə verib.