Florensiyada iqamətgahların qısa müddətli kirayəsi dayandırılacaqbackend

Florensiyada iqamətgahların qısa müddətli kirayəsi dayandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyaya gələn milyonlarla turistin əsas məkanı olan İntibah dövrünün beşiyi sayılan Florensiyada rezidensiyalar üçün maraqlı qərar qəbul edilib.

NOCOMMENT.az xəbər verir ki, Florensiyada, ümumiyyətlə turistlər üçün nəzərdə tutulan qısa müddətli yaşayış yeri kirayəsi tətbiqi çərçivəsində şəhər mərkəzindəki rezidensiyaların qiymətləndirilməsi gələcək üçün dayandırılır.

Bu barədə Florensiya Bələdiyyə Başçısı Dario Nardella məluma verib.

O, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) tərəfindən xüsusi ərazi kimi tanınan Florensiyanın tarixi şəhər mərkəzindəki yaşayış evlərində bundan sonra qısamüddətli kirayələrin dayandırılacağını bildirib.

NOCOMMENT.AZ