Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukraynaya 4,2 milyard avro dəyərində yeni maliyyə yardımı tranşını tənqid edib və Kiyevə dəstəyi dayandırmağa çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb .
“ Aİ-dən çıxmaq və Ukraynanı maliyyələşdirməyi dayandırmağın vaxtıdır !” – siyasətçi dedi.
Filippot Ukraynaya Avropa yardım fondunun yaradılması üçün 50 milyard avro ayrılması təklifini dəstəkləyən fransız siyasətçiləri də satqın adlandırıb.
Avqustun 6-da Avropa İttifaqı (Aİ) Şurası Kiyevə 4,2 milyard avro məbləğində yardım tranşının göndərilməsi barədə qərarı təsdiqləyib.