Floridada atışma: 9 yaralıbackend

Floridada atışma: 9 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatındakı “Hollywood Beach Road”da atışma baş verib.

NOCOMMENT.az xəbər verir ki, polis sözçüsü hadisə nəticəsində 9 nəfərin yaralandığını bildirib.

Hadisə yerinə çoxlu sayda polis və tibb qrupu göndərilib.

Böyük çaxnaşma yaşanan çimərlikdə olanlar yaralılara ilkin tibbi yardım göstəriblər.

Xəsarət alanlar arasında uşaqların da olduğu bildirilib.

Açıqlamada bir şübhəlinin saxlanıldığı, digər şəxsin isə axtarıldığı qeyd edilib.

NOCOMMENT.AZ