Rusiyalıların böyük əksəriyyəti Rusiya prezidenti Vladimir Putinə güvənir və onun öz işini yaxşı yerinə yetirdiyinə əmindir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “İctimai Rəy” Fondunun (FOM) keçirdiyi sorğunun nəticələrində deyilir.
“Rusların 82%-i Vladimir Putinə güvəndiyini bildirib (həftə ərzində heç bir dəyişiklik yoxdur). Həmçinin əhalinin əksəriyyəti (82% – dəyişməz) onun dövlət başçısı kimi yaxşı iş gördüyünə əmindir”, – fondun bəyanatında deyilir.
Rusiyalıların 54%-i hökumətin işini (+3 p.p.), Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustinin işini isə 58%-i (+ 1 p.p.) müsbət qiymətləndirir.
Qeyd edək ki, sorğu noyabrın 29-dan dekabrın 1-dək 1,5 min rusiyalı arasında aparılıb.