Fond güzəştli kredit düşməyən sahibkarlara 9 mln. manata yaxın qanunsuz kredit veribbackend

Fond güzəştli kredit düşməyən sahibkarlara 9 mln. manata yaxın qanunsuz kredit verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatası (HP) Sahibkarlığın İnkişafı Fondunun (SİF) fəaliyyətində nöqsanlar aşkarlayıb.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

SİF-in hüquqi sənədlərində dövriyyə vəsaitlərinin artırılmasına güzəştli kreditlərin verilməsi nəzərdə tutulmadığı və müvafiq kreditləşdirmə mexanizmi mövcud olmadığı halda yeni istehsal, emal və infrastruktur müəssisələri yaratmayan 26 sahibkarlıq subyektinə 8,73 milyon manat məbləğində güzəştli kreditlər dövriyyə vəsaiti almaq üçün verilib.

Qeyd edilib ki, sahibkarlarla aparılmış maarifləndirmə işləri və onlara göstərilən məsləhət xidmətləri Fondun missiyasına adekvat olmayıb. Güzəştli kredit almaq üçün edilən müraciətlərin sayı az, imtina olunmuş müraciətlərin sayı çox olub. Belə ki, 2021-ci ildə güzəştli kredit üçün müraciətlərin sayı 2013-cü ilə nisbətən 2 dəfə, 2014-cü ilə nisbətən 2,5 dəfə və 2015-ci ilə nisbətən 2,6 dəfə azalıb, kreditləşdirmədən imtinaların sayı isə əvvəlki illərlə müqayisədə xeyli artıb, nəticədə sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlərin həcmi azalıb.