Fonddan vaksinlərin alınmasına xərclənən vəsait açıqlandıbackend

Fonddan vaksinlərin alınmasına xərclənən vəsait açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusla Mübarizəyə Dəstək Fondundan COVİD-19-a qarşı vaksinin alınmasına görə xərclənən vəsaitin məbləği məlum olub.

Bu barədə NOCOMMENT-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

O bildirib ki, yanvarın 14-nə olan məlumata əsasən, COVİD-19-a qarşı vaksinlərin alınması üçün Koronavirusla Mübarizəyə Dəstək Fondundan təqribən 46,1 milyon manat vəsait xərclənib.

Qeyd edək ki,fonda indiyədək 114 268 840 manat ianə toplanıb.