Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2025-ci il üzrə dünyanın ən çox qazanan futbolçusu olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Nəşr qeyd edib ki, 40 yaşlı Ronaldo bu il 280 milyon dollar qazanıb. Bu məbləğin 230 milyon dolları maaş və oyuna görə bonuslardan, 50 milyon dolları isə reklam müqavilələrindən əldə edilib. Portuqaliyalı futbolçu ötən il də bu siyahıya başçılıq edirdi.
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi 130 milyon dollarla ikinci yeri tutub. Onun maaşı 60 milyon dollardır, 70 milyon dollar isə əlavə ödənişidir.
“Əl-İttihad”ın fransız hücumçusu Kərim Benzema 104 milyon dollar qazanaraq üçüncü olub.
2025-ci il üzrə ən yüksək maaşlı onluğa Kilian Mbappe (“Real Madrid”) – 95 milyon dollar, Erlinq Haaland (“Mançester Siti”) – 80 milyon dollar, Vinisius Junior (“Real Madrid”) – 60 milyon dollar, Məhəmməd Salah (“Liverpul”) – 55 milyon dol