“Formula 1” gələn ilə razılıq sazişi olmadan başlayacaqbackend

“Formula 1” gələn ilə razılıq sazişi olmadan başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komanda sahibləri ortaq məxrəcə gələ və Razılıq Sazişi imzalaya bilməsələr belə, “Formula 1″də 2021 mövsümü başlayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Liberty Media”nın rəhbəri Çeyz Keri “The Race” nəşrinə açıqlamasında deyib.

O, sazişlə bağlı müzakirələrin son mərhələsinə gəldiklərini, ancaq danışıqların koronavirusa görə dayandırıldığını bildirib: “Müzakirəni təxirə salmaq və 2020-ci ildəki problemlərə köklənmək qərarına gəldik. Bu mövsümün təqvimi həll olunduqdan və yeni texniki reqlament şərtlərində komandalarla anlaşdıqdan dərhal sonra Razılıq Sazişinə qayıdacağıq”.

Ç.Kerinin sözlərinə görə, komandalarla razılığa gəlməyəcəkləri təqdirdə, hazırkı reqlamentdən istifadə edəcəklər: “Komandaları fakt qarşısında qoymaq olar: yarışlarda iştirak etmək istəyirlərsə, şərtlər, bax, bu cür olacaq. Əvvəlcədən razılaşdırılmış qaydalar uzunmüddətli perspektivdə sabitliyi təmin edəcək”.

Qeyd edək ki, “Formula 1” rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 – 7 iyunda keçirilməli idi.  Report