“Formula 1” bu tarixdə qayıdacaqbackend

“Formula 1” bu tarixdə qayıdacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyada ardıcıl olaraq iki mərhələ keçiriləcəyi güman edilir: birinci yarış 5 iyulda, ikincisi 8 və ya 9 iyulda. Bundan sonra Böyük Britaniyada iki mərhələ (19 və 23 iyul yarışları) başa tutacaq.

Beynəlxalq Avtomobil Federasiyası (FİA) “Formula 1” avtomobillər sinfində dünya çempionatının yarış mövsümünün iyulun 5-də başlaması variantını qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Judge 13” portalı bildirib.

Mənbə bildirir ki, Formula 1 rəhbərliyi mayın 8-də FİA-dan müvafiq bildiriş alıb. Avstriyada ardıcıl olaraq iki mərhələ keçiriləcəyi güman edilir: birinci yarış 5 iyulda, ikincisi 8 və ya 9 iyulda. Bundan sonra Böyük Britaniyada iki mərhələ (19 və 23 iyul yarışları) başa tutacaq.

Yarışlar tamaşaçısız keçiriləcək, avtodroma yalnız yayımı təmin edən televiziya qrupları buraxılacaq. Sputnik Azərbaycan