Formula 1-də bu mövsüm təxirə salınacaqmı? – RƏSMİ AÇIQLAMAbackend

Formula 1-də bu mövsüm təxirə salınacaqmı? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mövcud vəziyyət bizim üçün çağırışdır”.

NOCOMMENT.az “GrandPX” nəşrinə istinadən xəbər verir ki, bunu Formula 1-in hüquqlarına sahib olan “Liberty Media”nın rəhbəri Qreq Maffey deyib.

O, dünya çempionatının heç bir mərhələsinin baş tutmama ehtimalının olduğunu etiraf edib: “Müxtəlif variantları nəzərdən keçiririk. 15-18 Qran-pri də keçirilə bilər, heç biri də. Qran-priləri yalnız yarış komandalarının iştirakı ilə azarkeşsiz keçirmə ehtimalı da var”.

Qeyd edək ki, Formula 1-də 2020-ci il mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl Formula 1 rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Hollandiya, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya və Monako mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5-7  iyunda keçirilməli idi.

Report