Formula 1-in təqvimi dəyişdibackend

Formula 1-in təqvimi dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Formula 1 üzrə dünya çempionatının təqvimində dəyişiklik olub.

NOCOMMENT çempionatın rəsmi saytına istinadən xəbər verir ki, mövsüm mart ın sonunda Bəhreyn Qran Prisi ilə start götürəcək.

Təqvimin ilkin versiyasında birinci yarış olan Avstraliya Qran Prisi noyabrın sonunda gerçəkləşəcək. Yeni təqvimə əsasən 16-18 apreldə İmolada mövsümün ikinci yarışı olacaq. Çin Qran Prisinin təşkilatçıları ilə müzakirələr davam edir, amma böyük ehtimalla bu yarış da təxirə salınacaq, ya da ləğv olunacaq.

Bundan əlavə Braziliya, Səudiyyə Ərəbistanı və Əbu Dabidəki yarışların tarixləri dəyişib.

Qeyd edək ki, Azərbaycan Qran Prisi iyunun əvvəlində baş tutmalıdır.