“Formula 1” üzrə Meksika Qran-prisində sıralama turunun qalibi müəyyənləşib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, “Ferrari”nin ispaniyalı pilotu Karlos Sayns finiş xəttinə hamıdan birinci çatıb.
İkinci yeri “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yeri “McLaren” komandasından britaniyalı Lando Norris tutub.
Qeyd edək ki, əsas yarış oktyabrın 28-də Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.