Formula 1 üzrə Azərbaycan Qran-prisi bu formada keçiriləcəkbackend

Formula 1 üzrə Azərbaycan Qran-prisi bu formada keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisi azarkeşsiz keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva bildirib.

Onun sözlərinə.görə, belə bir qərar Azərbaycanın “Formula 1” şirkəti qarşısındakı öhdəliyi və ölkənin turizm potensialının pandemiya dövründən sonra da nümayiş etdirilməsi məqsədilə qəbul olunub.

O deyib ki, martın sonlarına doğru yarış üçün baryerlər quraşdırılacaq, mayda isə tikinti yekunlaşacaq. “Yarış məkanı qırmızı, sarı və yaşıl zonalara bölünəcək. Azərbaycan Qran-prisi COVID-19 pandemiyası ilə əlaqədar müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacaq. Bu yarış izləyicisiz keçiriləcək”.

Xatırladaq ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda gerçəkləşməlidir.