“Formula 1” üzrə Belçika Qran Prisinin qalibi Rassel diskvalifikasiya edilibbackend

“Formula 1” üzrə Belçika Qran Prisinin qalibi Rassel diskvalifikasiya edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mercedes”in britaniyalı pilotu Corc Rassel “Formula 1” avtomobil yarışları üzrə dünya çempionatının 14-cü mərhələsi olan Belçika Qran-prisinin nəticələrinə əsasən diskvalifikasiya edilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti məlumat yayıb.

Diskvalifikasiyanın səbəbi Rassellin bolidinin çəkisi olub. Yarışdan sonra çəkilmə zamanı onun bolidi FIA-nın minimum tələblərindən 1,5 kq yüngül olub.

Yarışın qalibi Rassellin “Mercedes”dəki komanda yoldaşı, finiş xəttini ikinci keçən britaniyalı Lyuis Hamilton elan edilib. İkinci yerə “McLaren”dən avstraliyalı Oskar Piastri yüksəlib, üçüncü yeri isə “Ferrari”dən monakolu Şarl Lekler tutub.

Növbəti mərhələ 23-25 avqust tarixlərində Niderlandda keçiriləcək.