“Formula 1” yarışlarına azarkeşlərin gətirməsi qadağan olunan əşyalar – SİYAHIbackend

“Formula 1” yarışlarına azarkeşlərin gətirməsi qadağan olunan əşyalar – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb.

NOCOMMENT.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yarışların keçirildiyi məkana, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.

Həmçinin
– Heyvanlar (fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla)
– Spirtli içkilər, su qabları və hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla)
– Qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla)
– Odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar
– Lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter
– Oturacağın altına yerləşməyən iri əşyalar, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (fiziki məhdudiyyətlilər istisna olmaqla)
– Dronlar və digər uçan cihazlar,
– Megafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri
– Soyuducu qutular, pikinik üçün səbətlər
– Provokativ rəmzlər və şəkillər, dini, siyasi ifadələr və şüarlar, təhqiredici banerlər və əşyalar
– İri əşyalar və bel çantaları,
– Tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər
– Peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyalar siyahısına daxildir.