Foto və video ilə aşkar olunan xətaların rəsmi qaydada verilməsi qaydaları müəyyənləşirbackend

Foto və video ilə aşkar olunan xətaların rəsmi qaydada verilməsi qaydaları müəyyənləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı qaydalara dəyişiklik edilir.

NOCOMMENT xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olunur.

Dəyişikliyə əsasən, foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur:

– nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında məcəllədə nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan;

– nəqliyyat vasitəsinin istifadəçisi məcəllədə nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda);

– “Yol hərəkəti haqqında” Qanun ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda);

– Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda).