Fotosu yayılan kimsəsiz kişi ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Fotosu yayılan kimsəsiz kişi ilə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Bakının Nəsimi rayonunda iri ticarət mərkəzlərindən birinin yaxınlığında, küçədə çətin şəraitdə qaldığı deyilən vətəndaşımızla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq filialının əməkdaşları dərhal sözügedən ünvana gediblər.

NOCOMMENT.az-ın Oxu.Az-a istinadən məlumatına görə, məlum olub ki, həmin şəxs 1965-ci il təvəllüdlü Kamal Ələkbər oğlu Süleymanovdur. Onun sosial vəziyyətinin qiymətləndirilməsi aparılıb. İlkin söhbət zamanı hazırda ailəsi ilə əlaqəsi olmadığını, kimsəsiz vəziyyətdə olduğunu bildirib.

Müəyyən edilib ki, vətəndaşın sağlamlığı ilə bağlı ciddi problemlər var. Aidiyyatı qurumların əməkdaşlarının da iştirakı ilə Kamal Süleymanov 26 saylı Şəhər poliklinikasına yerləşdirilib. Səhhəti imkan verərsə və özünün də razılığı olarsa vətəndaşımız Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək. Prosesdə yaxından iştirak edən və dəstək verən Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşlarına təşəkkürümüzü bildiririk!