Fövqəl XRONİKA: Bakı və Abşeronda fəsadlar aradan qaldırıldı – VİDEObackend

Fövqəl XRONİKA: Bakı və Abşeronda fəsadlar aradan qaldırıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən NOCOMMENT-ə verilən məlumata görə, nazirliyin“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 13 yanğına çıxış2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 3 nəfər xilas edilib.
Bundan əlavə, Bakı şəhərinin Sabunçu rayonu və Abşeron rayonunun Xırdalan şəhərində intensiv yağışlar nəticəsində bəzi ərazilərdə yaranmış fəsadların aradan qaldırılması təmin olunub.