Birləşmiş Ştatlar Qəzza zolağında qaçqınlara humanitar yardımın çatdırılması üçün yeni sistemin yaxşı işlədiyi təqdirdə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) dəyişdirilə biləcəyini təklif edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın İsrail girovlarının azad edilməsi üzrə xüsusi nümayəndəsi Adam Boylerə istinadən Fox News telekanalı məlumat yayıb.
“UNRWA-nın dəyişdirilməsinə ehtiyac ola bilər. Bizim BMT ilə çox problemimiz var idi. Əgər yeni sistem işləsə, ehtiyacı olan fələstinlilərə qida çatdırılsa, mən bunu tam dəstəkləyirəm” , – deyə o vurğulayıb.
Mayın 18-də İsrail Fələstinin HƏMAS hərəkatına qarşı intensiv döyüşləri genişləndirmək üçün operativ ehtiyac olduğu üçün ordunun tövsiyəsi ilə Qəzza zolağına “əsas miqdarda” ərzaqların daxil olmasına icazə verib.