“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışında olubbackend

“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışında olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğal edilmiş Kəlbəcərdə qızılın qanunsuz axtarışı ilə məşğul olan Vardan Sermakeslə bağlı məlumat verib.

NOCOMMENT.az xəbər verir ki, Prezidentin köməkçisi öz “Twitter” hesabında bununla bağlı paylaşım edib.

 “FranckMuller” saatlarının banisi Vardan Sermakes Kəlbəcərin işğal edilmiş Veynəli kəndində qızılın qanunsuz kəşfiyyatı ilə məşğul olub. Bu, qızıl mədənləri işğaldan azad edilən Veynəli kəndidir. Bizdə Sermakesə qarşı cinayət işinin qaldırılması üçün yerlərdə daha çox fakt olacaq”.