Frankfurt-Bakı-Frankfurt istiqaməti üzrə aviareyslər həyata keçiriləcəkbackend

Frankfurt-Bakı-Frankfurt istiqaməti üzrə aviareyslər həyata keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Lufthansa” aviaşirkəti sentyabrın 1-dən oktyabr ayının 24-ə qədər Frankfurt-Bakı-Frankfurt marşrutu üzrə uçuşlar həyata keçirəcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından NOCOMMENT-ə verilən məlumata görə, aviareyslər həftədə iki dəfə həyata keçiriləcək. Belə ki, çərşənbə axşamı və cümə axşamı saat 20:30-da təyyarə Bakıya enəcək, cümə axşamı və şənbə günləri 04:20-də təyyarənin Bakıdan qalxması gözlənilir.

Xatırladaq ki, hazırda Azərbaycandan 4 ölkə paytaxtına həftədə 1 və 4 dəfə olmaq şərti ilə müəyyən reyslər nəzərdə tutulub. Bu şəhərlər İstanbul, London, Berlin və son olaraq da qarşılıqlı marketinq razılaşmasına əsasən Minskdir.