Fransa Almaniyada nüvə qüvvələrini yerləşdirmək istəyirbackend

Fransa Almaniyada nüvə qüvvələrini yerləşdirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Avropadakı hərbi mövcudluğunu azaldacağı təqdirdə Fransa Almaniyaya nüvə silahına malik qırıcı təyyarələr yerləşdirə bilər. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Telegraph” yazır.

“Almaniyada bir neçə fransız nüvə qırıcısının yerləşdirilməsi heç bir çətinlik yaratmamalı və Rusiyaya ciddi siqnal verə bilər”, – adının açıqlanmasını istəməyən fransız rəsmi nəşrə bildirib.

Həmçinin, alman diplomatların fikrincə, Parisin belə bir addımı İngiltərənin baş naziri Keir Starmerə təzyiq göstərəcək və “onu da eyni şeyi etməyə sövq edəcək”.

Fevralın 19-da “Financial Times” (FT) qəzeti Avropa İttifaqı ölkələrinin ABŞ-la danışıqlar prosesi zamanı Rusiyanın Amerika qoşunlarının Avropadan çıxarılmasına nail ola biləcəyi ilə bağlı narahatlığını açıqlayıb. Nəşrin qeyd etdiyi kimi, Avropa rəsmiləri dərk etməyə başlayıblar ki, Vaşinqton artıq Avropa İttifaqı və Ukrayna üçün təhlükəsizliyin əsas təminatçısı olmaq istəmir.