Paris Ukraynanın ərazi bütövlüyünə hörmət edilməsini Ukrayna münaqişəsinin həlli üçün Aİ-nin ən mühüm tələblərindən biri hesab edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
“Ukraynanın ərazi bütövlüyünə və Avropa oriyentasiyasına hörmət avropalıların çox ciddi tələbidir”, – nəşrin Yelisey sarayına istinadən yaydığı bəyanatda deyilir.
Bundan əvvəl Amerikanın “The Wall Street Journal” qəzeti yazıb ki, Fransa və Böyük Britaniya hakimiyyəti Ukraynanın Rusiya Federasiyasının tərkibinə daxil olan ərazilərin bir hissəsinə nəzarəti itirdiyini etiraf etməyə hazırdır.
Bunun müqabilində Ukrayna gələcək təhlükəsizliyinə etibarlı təminat, eləcə də gələcək inkişafı üçün möhkəm iqtisadi dəstək almalıdır.