Fransa Azərbaycandan üzr istəməlidir: Diplomat İrəvanda həddini aşdıbackend

Fransa Azərbaycandan üzr istəməlidir: Diplomat İrəvanda həddini aşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın Ermənistandakı səfirinin Hərbi Qənimətlər Parkını “tamaşa” və Ermənistanın məğlubiyyətini “ləyaqətli məğlubiyyət” adlandırması əməlli-başlı diplomatiyadan kənar ifadələr və davranışdır. Səfir birbaşa qərəzini ortaya qoyur və bu səfir üçün yolverilməz haldır”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev deyib.

Onun sözlərinə görə, Hərbi Qənimətlər Parkında nümayiş olunan eksponatların hamısı orijinaldır, döyüş meydanında vurulan və erməni hərbçilərinin döyüş meydanında qoyub qaçdığı hərbi texnikalardır:

“Ölkəmin atdığı bu addım çox doğrudur və bizim şanlı qələbəmizi nümayiş etdirir. Azərbaycan xalqı və dünyada yaşayan soydaşlarımız, o cümlədən haqq-ədalətin yanında dayanan xalqlar və millətlər də bu muzeylə fəxr edir.

Təəssüf edirəm ki, səfir bir milyona yaxın azərbaycanlının 30 il didərgin düşdüyünü, Ermənistanın işğal etdiyi əraziləri xarabazara çevirdiyini, məscidlərimizdə donuz saxladığını “unudub”. Şəhər və kəndləri xarabazar edən bir xalq necə ləyaqətli ola bilər? Bu suala cavab versin.

Mənə görə Fransa XİN səfirin bu sözlərinə görə Azərbaycandan üzr istəməlidir”.