Fransa azərbaycanlıları AŞPA prezidentinə müraciət etdibackend

Fransa azərbaycanlıları AŞPA prezidentinə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Azərbaycanlılarının Koordinasiya Şurası ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən NOCOMMENT.az-a bildiriblik ki, AŞPA Prezidenti Tini Koksa ünvanlanan müraciətdə Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Bildirilib ki, Fransada yaşayan Azərbaycan icması beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətinə görə dərin narahatlıq hissi keçirir. Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan normallaşma və sülh danışıqları prosesinə Ermənistanın hər vəchlə mane olmağa çalışdığı qeyd edilib.

Koordinasiya Şurası AŞPA Prezidentini Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində səylərini artırmağa və əməli addımlar atmağa çağırıb.

Qeyd edək ki, bu müraciət Fransa rəsmilərinə və yerli ictimaiyyət nümayəndələrinə də ünvanlanıb.