Fransa ən çox bloklanan Avropa ölkəsi oldubackend

Fransa ən çox bloklanan Avropa ölkəsi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Maska məxsus sosial media platforması X tərəfindən dərc edilən son hesabat, Fransanın 28 avqust və 20 oktyabr tarixləri arasında platformada qanunsuz və zorakılıq məzmunlu yazıların ən çox bloklandığı Avropa ölkəsi olduğunu göstərdi.

NOCOMMENT.az xəbər verir ki, Avropa Birliyi (Aİ) Komissiyasının Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində məlumat tələbi üzərinə X platformadakı məzmuna nəzarətlə bağlı şəffaflıq hesabatını dərc etdi.

28 avqust və 20 oktyabr tarixlərini əhatə edən hesabata görə, platforma əsasən Fransadakı internet istifadəçiləri üçün şiddət və nifrət nitqinə qarşı silmə və dayandırma kimi nəzarət mexanizmlərini işlətdi.

Bu tarixlər arasında Almaniyada 7 min 160, İspaniyada 7 min 743 yazı silindiyi halda, Fransada bu rəqəm 16 min 288 olaraq qeydə alınıb.

Platforma Fransada qadağan olunmuş məzmunun qarşısını almaq üçün 52 moderatordan ibarət komanda ilə işlədiklərini bildirdi.