Fransa Ermənistana daimi hərbi müşavir təyin edəcəkbackend

Fransa Ermənistana daimi hərbi müşavir təyin edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın Ermənistanda daimi hərbi müşaviri olacaq”.

NOCOMMENT.az xəbər verir ki, İrəvanda səfərdə olan Fransa müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla birgə mətbuat konfransında çıxışı zamanı belə deyib.

Suren Papikyan isə bildirib ki, İrəvanla Bakı arasında sülh müqaviləsi imzalandıqdan sonra da Ermənistan Fransadan silah almağa davam edəcək. Ölkəsi ilə Fransa arasındakı hərbi əməkdaşlıq silahlı qüvvələrin demək olar ki, bütün sahələrini əhatə edir.

Qeyd edək ki, Sebastyan Lekornu ötən gün İrəvana səfərə gedib. Bu, Fransa müdafiə nazirinin Ermənistana tarixdə ilk səfəridir. Səfər çərçivəsində nazirlər arasında görüş keçirilib və Papikyanla Lekornu İrəvanda yeni əməkdaşlıq sazişləri imzalayıb.