Fransa Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi – Sərhədə getməyin!backend

Fransa Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi – Sərhədə getməyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda olan və ya Ermənistana səfər etmək niyyətində olan vətəndaşlarına xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransa XİN məlumat yayıb.

Xəbərdarlıq sentyabrın 23-dək qüvvədədir.

“Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş verən toqquşmalara görə sərhədyanı Vayots Dzor, Sünik və Geğarqunik bölgələrinə getmək qətiyyən tövsiyə edilmir.

Üzrlü səbəb olmadıqca ziyarət edilməsi tövsiyə edilməyən ərazilər narıncı rənglə vurğulanıb, ölkənin qalan hissəsinə isə əsaslı səbəb olmadıqca səfər etmək tövsiyə edilmir”, – Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.